Ermənistan parlamenti Artur Sarkisyanın həbsinə icazə verdi

Dünya

08.07.2025 17:47

Ermənistan Milli Məclisi qapalı və gizli səsvermənin nəticəsi olaraq “Ermənistan” fraksiyasından olan müxalif deputat Artur Sarkisyanın deputat toxunulmazlığını ləğv edib və onun həbsinə razılıq verib.

TodayPress TV xəbər verir ki, Sarkisyana qarşı irəli sürülən ittihamlar Ermənistan Respublikası Konstitusiya quruluşunun devrilməsinə yönəlmiş terror aktlarına hazırlıqla bağlıdır. Məlumat yerli xəbər portallarında canlı yayımla təqdim olunub.

Artur Sarkisyan özü bu ittihamların siyasi motivli olduğunu bəyan edib. O, hüquq-mühafizə orqanlarının onu saxlamağa gəlməsini gözləmədən, öz təşəbbüsü ilə İstintaq Komitəsinə gedib və orada saxlanılacaq.

İstintaq orqanı artıq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim etməyə hazırlaşır.

Qiymət Mahir

tag: Ermənistan,Parlament, Artur Sarkisyan,Deputat,Todaypress.tv,