Ərdoğan Özgür Özələ qarşı məhkəmə iddiası qaldırdı
Dünya
14.08.2025 16:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında mənəvi təzminat davası açıb.
TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısının vəkili Hüseyn Aydın sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, 13 avqust 2025-ci il tarixində Bayrampaşada keçirilən mitinqdə və elə həmin gün Marmara Həbsxanasının qarşısında verdiyi açıqlamada Özgür Özəl Ərdoğana qarşı hörmətsiz ifadələr işlədib və əsassız ittihamlar səsləndirib.
“CHP sədri Özgür Özəlin çıxışlarında cənab Prezidentə yönəltdiyi təhqiredici ifadələr və əsassız ittihamlar səbəbilə Ankara Asliye Mülki Məhkəməsinə 1 milyon lirəlik mənəvi təzminat iddiası qaldırılıb. Bundan əlavə, Prezidentə böhtan və təhqir maddəsi ilə Ankara Cumhuriyyət Baş Prokurorluğuna cinayət şikayəti də təqdim olunub”, - deyə vəkil Hüseyn Aydın bildirib.
Qiymət Mahir
tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,Cümhuriyyət Xalq Partiyası,Özgür Özəl,