Ərdoğan, CHP və digər partiya rəhbərləri Anıtqəbirdə
Dünya
30.08.2025 13:00
Türkiyədə Böyük Zəfərin 103-cü ildönümü münasibətilə keçirilən ilk mərasim Anıtqəbirdə təşkil olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Mərasim dövlət rəsmilərinin Aslanlı Yol boyunca yürüşü ilə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən kortejdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, CHP Başçısı Özgür Özəl, Prezident Administrasiyasının üzvləri, MHP Başçısı Dövlət Bağçalı, İyi Partiyanın sədri Müsavat Dərvişoğlu, yüksək məhkəmə orqanlarının rəhbərləri, komandanlar, siyasi partiyaların nümayəndələri, məmurlar və digər dövlət rəsmiləri iştirak ediblər.
Ərdoğan Atatürkün məzarına ay-ulduz motivli çələng qoyub. Sayğı duruşundan sonra İstiqlal Marşı səsləndirilib.
Daha sonra Ərdoğan və protokol üzvləri Misakı Milli Qülləsinə keçərək Anıtqəbir Xüsusi Dəftərini imzalayıblar.
Töhfə Səməd
tag: Ədroğan,CHP,Anıtqəbir,Ziyarət,Todaypress.tv,