Ekspert: "Trampın qalstuk seçimi Alyaska görüşündə mesaj verəcək"
Dünya
14.08.2025 17:49
"ABŞ Prezidenti Donald Tramp 15 avqustda Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşə qırmızı qalstukla gələ bilər".
TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya amerikaşünas Malek Dudakov bildirib.
Dudakov Trampın qalstuk seçimində müəyyən simvolizm olduğunu deyib:
“İndi dəqiq demək çətindir, hansı rəngi seçəcək. Ola bilsin ki, klassik qırmızı qalstuk taxsın, ya da fərqli rəng olsun. Burada müəyyən simvolik məna var – Tramp bununla tədbirin onun üçün nə dərəcədə adi və ya qeyri-adi olduğunu göstərir. Klassik qırmızı qalstuk daha konservativ yanaşmanı ifadə edər. Əgər başqa rəng olsa, bəlkə də biz ondan gözlənilməz jestlər və bəyanatlar görəcəyik”.
Ekspert Trampın qalstuk rənglərinin mesaj xarakterini izah edərkən xatırladıb ki, 20 yanvar tarixindəki andiçmə mərasimində prezident qırmızı, lakin üzərində mavi nöqtələr olan xüsusi bir qalstuk taxmışdı:
“Bunu çoxları Trampın bütün Amerikaya birlik mesajı verməsi kimi qiymətləndirdi. Qırmızı – respublikaçıların, mavi isə demokratların rəngidir. O, bununla yalnız ona səs verənlərin deyil, Kamala Harrisə səs verənlərin də mövqeyini anladığını və qismən qəbul etdiyini göstərirdi”.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Ekspert ,Alyaska,Todaypress.tv,