Dövlət Duması Rusiya-ABŞ əlaqələrindən danışdı
Dünya
24.05.2025 12:10
“Rusiya ilə ABŞ arasında iqtisadi münasibətlərin gələcəkdə böyük miqyas alacağı real görünmür”.
TodayPress TV xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsi sədrinin birinci müavini Nikolay Arefyev “Lenta.ru”ya müsahibəsində səsləndirib.
Arefyev iki ölkə arasında heç vaxt dərin iqtisadi əməkdaşlıq olmadığını xatırladaraq, münasibətlərin bərpa olunsa belə, onların önəmli və geniş miqyaslı olmayacağını bildirib:
“Əgər əlaqələr bərpa olunarsa, bu, sanksiyalardan əvvəlki səviyyəni belə keçməyəcək”.
Deputat vurğulayıb ki, Rusiyanın ABŞ-dən əsas istəyi sanksiyaların mümkün qədər çox hissəsinin ləğv olunmasıdır. Onun fikrincə, yalnız bu halda Rusiya bütün dünya ilə açıq iqtisadi əməkdaşlığa qayıda bilər.
Eyni zamanda, Arefyev ABŞ istehsalı olan “Boeing” təyyarələrinin Rusiya bazarına gətirilməsinə qəti şəkildə qarşı olduğunu bildirib:
“Əgər biz yenidən bu təyyarələri alsaq, öz aviasiya sənayemizi unudacağıq.”
Qiymət Mahir
tag: Rusiya ,ABŞ,Rusiya Dövlət Duması,Boeing,Todaypress.tv,