Danışıqlar öncəsi əlavə təmaslar gözlənilir
Dünya
02.06.2025 12:35
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti, 2 iyunda İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları çərçivəsində əlavə təmaslar həyata keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyinə danışan mənbə məlumat verib.
Məlumata görə, Rusiya nümayəndə heyəti danışıqlardan əvvəl oteldən ayrılarkən “özəl kontaktların” planlaşdırıldığı bildirilib, lakin konkret görüşlərin detalları açıqlanmayıb.
Qeyd edək ki, Vladimir Medinski Rusiya-Ukrayna danışıqlarında əsas fiqurlardan biri hesab olunur. Onun bu səfər çərçivəsində hansı tərəflərlə görüş keçirəcəyi, həmçinin mümkün razılaşmaların mahiyyəti hələlik ictimaiyyətə məlum deyil.
Qiymət Mahir
tag: Rusiya,Vladimir Putin,Vladimir Medinski,İstanbul,Ukrayna,todaypress.tv,