Çin Aİ-nin iki bankına qarşı sanksiyalarına etiraz edir
Dünya
18.07.2025 17:33
Çin Xarici İşlər Nazirliyi dəfələrlə Avropa İttifaqını Çin banklarına qarşı sanksiya tətbiq etməməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.
Buna baxmayaraq, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiyalar paketi çərçivəsində iki Çin bankı sanksiya siyahısına salınıb.
Qəzetin məlumatına görə, Çin bu qərarın ləğvi üçün son həftələrdə ciddi şəkildə Aİ ilə danışıqlar aparıb. Çin Xarici İşlər naziri Vanq Yi, Avropa diplomatiyasının rəhbəri Kaja Kallasla görüşü zamanı bankların sanksiyaya salınmasına görə dəfələrlə xəbərdarlıq edib.
Çin sanksiyaları "qeyri-qanuni birtərəfli tədbirlər" adlandırır və bunun cavabsız qalmayacağını bildirib. Lakin Çin tərəfinin hansı cavab tədbiri görəcəyi açıqlanmayıb.
Qeyd edək ki, Aİ-nin yeni sanksiyaları ümumilikdə 7 Çin və 4 türk şirkətinə də şamil olunub.
Türkan İsgəndərli
tag: Çin,XİN,Aİ,Sanksiya,Todaypress.tv,