Cənubi Koreya KXDR-ə qarşı gizli raket yerləşdirir

Dünya

17.10.2025 14:53

Cənubi Koreya Şimali Koreya ilə qarşıdurmada qüvvələr balansına nail olmaq üçün “Hyunmoo-5” adlı gizli raketlərin yerləşdirilməsinə 2025-ci ilin sonunda başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Ahn Gyu-baek “Yonhap”a bildirib.

“Cənubi Koreya Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü olduğu və nüvə silahına malik olmadığı üçün mən qəti şəkildə inanıram ki, tarazlığa nail olmaq üçün bizdə “Hyunmoo-5” raketlərinin əhəmiyyətli sayda olması lazımdır”, - deyə Ahn vurğulayıb.

Onun sözlərinə görə, artıq raketlərin kütləvi istehsalına başlanılıb və onların istehsalını xeyli artırmaq üçün tədbirlər görülür.

Qeyd edək ki, ölçüsünə görə “canavar” ləqəbi ilə tanınan bu raket təxminən səkkiz ton ağırlığında döyüş başlığı daşımaq və yeraltı bunkerləri məhv etmək qabiliyyəti ilə tanınır.

Aysel Mətləb

TodayPress TV

tag: Cənubi Koreya,KXDR,Ahn Gyu-baek ,Hyunmoo,Todaypress.tv,