Bundesverə pilotsuz təyyarələri vurmaq hüququ verilə bilər
Dünya
27.09.2025 13:51
Almaniya Daxili İşlər Nazirliyi dronlara qarşı mübarizə tədbirlərini gücləndirmək üçün gizli plan hazırlayır.
TodayPress TV xəbər verir ki, “Bild” qəzetinin Almaniya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Alman Bundesverinə həyat və ya kritik infrastruktura təhlükə yaradan pilotsuz təyyarələri vurmaq səlahiyyəti verilə bilər.
Nəşrin məlumatına görə, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt PUA-lara qarşı əks tədbirlərin gücləndirilməsi üçün “gizli plan” hazırlayır.
“Pilotsuz təyyarələrin vurulması üçün meyar onların insan həyatına və ya kritik infrastruktura qarşı istifadə edilməsidir", - məqalədə qeyd edilir.
Nəşr qeyd edir ki, bu hədəflərə, məsələn, enerji infrastrukturu, hökumət binaları və hava limanları daxildir. Qəzetin yazdığına görə, həmçinin qeyri-qanuni buraxılan pilotsuz təyyarələrin aşkarlanması və təsnifatı, PUA-lara qarşı elektron əks-tədbirlərin tətbiqi və onlara nəzarətin ələ keçirilməsi də bura daxildir.
Orxan Saffari
tag: Almaniya,Bundesver,Dron,Mübarizə,Todaypress.tv,
