Britaniyada ev qiymətləri kəskin artdı

Dünya

21.05.2025 16:28

4

Böyük Britaniyada orta ev qiymətləri 2025-ci ilin martına olan göstəriciyə əsasən, əvvəlki illə müqayisədə 6,4 faiz artaraq 271 min funt sterlinqə (təxminən 363 950 ABŞ dolları) çatıb. Bu, 2022-ci ilin dekabrından bəri qeydə alınan ən sürətli illik artımdır.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı Rəsmi Ev Qiymətləri İndeksində bildirilir.

Məlumata görə, Britaniyanın bütün dörd əsas bölgəsində – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada illik artım qeydə alınıb. Ən yüksək artım Şimali İrlandiyada baş verib – 9,5 faiz, orta qiymət isə 185 min funt təşkil edib.

İngiltərədə ev qiymətləri 6,7 faiz artaraq 296 min funta yüksəlib. Uelsdə bu göstərici 3,6 faiz (208 min funt), Şotlandiyada isə 4,6 faiz (186 min funt) təşkil edib.

İngiltərənin bölgələri arasında ən güclü artım 14,3 faizlə Şimal-Şərqdə müşahidə olunub. Ən zəif artım isə Londonda qeydə alınıb, Mcəmi 0,8 faiz. Buna baxmayaraq, paytaxtda evlərin orta qiyməti 552 min funt səviyyəsində qalıb.

Mart ayında ölkədə yaşayış daşınmaz əmlak əməliyyatlarının sayı 177 minə çatıb. Bu, ötən ilin mart ayı ilə müqayisədə iki dəfədən çox artım deməkdir. 

Qiymət Mahir

tag: Britaniya,Ev ,Qiymət,Şimali İrlandiya,todaypress.tv,