Britaniya İsraildəki diplomat ailələrini təxliyə etdi
Dünya
18.06.2025 13:52
Böyük Britaniya hökuməti İsraildəki gərgin vəziyyət fonunda Təl-Əvivdəki səfirlik və Qüdsdəki konsulluqda çalışan diplomatların ailə üzvlərini müvəqqəti olaraq ölkədən təxliyə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniya Nazirlər Kabinetinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, Böyük Britaniyanın Təl-Əvivdəki səfirliyi və Qüdsdəki Britaniya konsulluğunun əməkdaşlarının ailə üzvləri ehtiyat tədbiri olaraq müvəqqəti olaraq geri çağırılıb. Səfirlik və konsulluq, Britaniya vətəndaşlarına xidmət göstərmək də daxil olmaqla, mühüm işlərini davam etdirir.
Təxliyyə qərarı ehtiyat tədbiri kimi qiymətləndirilir və bölgədə artan təhlükəsizlik riskləri ilə əlaqələndirilir. Diplomatik nümayəndəliklərin öz fəaliyyətini tam şəkildə davam etdirdiyi vurğulanır.
Türkan İsgəndərli
tag: Britaniya,İsrail,Diplomat,Təxliyə,Todaypress.tv,