BRİKS ölkələri süni intellektdə lider mövqedədir
Dünya
19.09.2025 15:40
Sberbank sədrinin birinci müavini Aleksandr Vedyaxin bildirib ki, BRİKS ölkələri süni intellekt sahəsində texnoloji liderlərdir.
TodayPress TV-nin xəbərinə görə, onlar bildirir ki, artıq öz təcrübə mərkəzlərini yaradırlar.
Onun sözlərinə görə, Rusiyada da yerli texnoloji həllər üçün geniş imkanlar mövcuddur.
Vedyaxin, həmçinin qeyd edib ki, Sber 2018-ci ildən texnoloji sahibkarlıq və vençur kapitalını dəstəkləyir, innovasiyaların inkişafına, o cümlədən Rusiyanın texnoloji suverenliyinə töhfə verir.
O əlavə edib ki, oktyabrın 1-2-də Moskvada keçiriləcək "Moskva Startap Sammiti” BRİKS və ŞƏT ölkələrinin nümayəndələrini bir araya gətirəcək.
Sammitdə 150-dən çox məruzəçi çıxış edəcək, startap və korporasiyaların texnoloji həlləri sərgilənəcək və ən yaxşı layihələrə mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, bu ilin avqustunda Azərbaycan rəsmi olaraq BRİKS-ə üzv olmaq üçün müraciət edib.
Jalə Rövşən
tag: BRİKS,Süni ,İntellekt,Lider,Todaypress.tv,