Braziliya Trampın tariflərinə qarşı çıxdı
Dünya
18.07.2025 12:50
Braziliya prezidenti Lula da Silva, ABŞ-nin Braziliya məhsullarına 1 avqustdan etibarən tətbiq edəcəyi 50%-lik gömrük vergisinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb
O deyib ki, ABŞ ilə bu məsələ ilə bağlı 10-dan çox görüş keçirilib və rəsmi danışıqlar təklif olunub. Amma cavab olaraq Braziliyaya təhdid və yanlış məlumatlar göndərilib.
Lula, ABŞ prezidenti Donald Trampın Braziliyanın daxili işlərinə qarışmasını qəbul etmədiyini bildirib.
Bununla yanaşı, Lula Vaşinqtonla razılaşma əldə etməyə açıq olduğunu və məsuliyyətin Trampın üzərində olduğunu deyib.
Qeyd edək ki, Tramp 9 iyulda Braziliya məhsullarına 50% gömrük vergisi tətbiq ediləcəyini elan edib. O, bu addımı “ədalətsizlikləri düzəltmək üçün” atdığını bildirib.
Türkan İsgəndərli
tag: Braziliya,Lula da Silva,ABŞ,Rüsum,Todaypress.tv,