BQXK: Yaxın Şərqdə girov qalıqlarının qaytarılması uzun çəkəcək
Dünya
14.10.2025 17:30
"İsrail və HƏMAS arasında girovların və məhbusların qalıqlarının qaytarılması prosesi uzun müddət tələb edə bilər".
TodayPress TV xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Cenevrədəki rəsmi nümayəndəsi Kristian Kardon bildirib.
Onun sözlərinə görə, tərəflər BQXK-ya qalıqların təhvil verilməsinə başlanacağı barədə məlumat veriblər. Kardon bu prosesi təşkilatın həyata keçirdiyi "ən incə və çətin əməliyyatlardan biri" adlandırıb.
O əlavə edib ki, bu proses girovların sağ-salamat qaytarılmasından daha mürəkkəb və ağrılı məsələdir.
BQXK-nın məlumatına görə, təşkilat dünən 20 girovun və 1809 məhbusun geri qaytarılmasına kömək edib, həmçinin dörd girovun cəsədini İsrail hakimiyyətinə təhvil verib.
Türkan İsgəndərli
tag: BQXK,İsrail,Fələstin,HƏMAS,Todaypress.tv,
