Belçika Fələstini tanıyaraq İsrailə sanksiya tətbiq edəcək
Dünya
02.09.2025 10:51
Belçika BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstini tanıyacaq və İsrailə qarşı sanksiyalar tətbiq edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Maksim Prevost məlumat verib.
O vurğulayıb ki, Belçika Səudiyyə Ərəbistanı və Fransanın birgə təşəbbüsü çərçivəsində Fələstin dövlətini tanımaq niyyətindədir.
Nazir əlavə edib ki, İsrailə qarşı sanksiyalara İsrail yaşayış məntəqələrindən idxalın qadağan edilməsi, İsrail şirkətlərinə dair dövlət satınalma siyasətinə yenidən baxılması, həmçinin Belçika ərazisi üzərindən uçuş və tranzit məhdudiyyətləri daxildir. Onun sözlərinə görə, Belçika 2 İsrail naziri, israilli köçkünlər və Həmas liderləri “persona-non-grata” elan ediləcək.
Aysel Mətləb
tag: Belçika,Fələstin,Tanımaq,İsrail,Todaypress.tv,