Bayden xərçəng diaqnozundan sonra ilk çıxışını etdi

Dünya

30.05.2025 23:00

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden həyatı üçün təhlükə yaradan diaqnozdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edərək amerikalıları demokratiyanı müdafiə etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, Baydenin çıxışından əsas məqamlar yayımlanıb.

“Ölən hərbçilər bizdən Amerikanın nə olduğuna sadiq qalmağımızı xahiş edirlər. Bizdən öz işlərini görməyi tələb etmirlər. Onlar bizdən öz işimizi etməyimizi tələb edirlər - bu ölkəni burada və indi müdafiə etmək, demokratiyanı müdafiə etmək", - keçmiş prezident döyüşdə həlak olan hərbçiləri xatırlayaraq deyib. 

Qeyd edək ki, Baydenə prostat xərçəngi diaqnozu qoyulub.  ABŞ-nın keçmiş prezidenti Cozef Bayden həyatı üçün təhlükə yaradan diaqnozdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edərək amerikalıları demokratiyanı müdafiə etməyə çağırıb.


tag: Bayden,ABŞ, Xərçəng,Cozef, todaypress.tv,