Bayden prezidentliyi dövründə analiz verməyib

Dünya

21.05.2025 10:48

2

ABŞ-nin sabiq prezidenti Cozef Baydenin sonuncu dəfə prostat vəzi xərçəngi ilə bağlı analiz verdiyi il 2014-cü ildir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin araşdırmasına əsasən, Bayden 2021–2025-ci illərdə prezident olduğu müddətdə heç bir müntəzəm müayinə prosedurundan keçməyib.

“Baydenin prostat xərçəngi ilə bağlı son məlum qan analizi 2014-cü ilə aiddir ki, bu da onun prezidentlik dönəmində bu sahədə tibbi nəzarətdə olmadığına işarə edir” deyə məqalədə bildirilir.

Jurnalistlər qeyd edir ki, Baydenin bu müayinədən könüllü şəkildə imtina edib-etmədiyi, yoxsa qərarın tibbi komandası tərəfindən verildiyi hələlik bilinmir.

Hazırda 82 yaşlı Baydenə prostat vəzisinin aqressiv forması diaqnozu qoyulub. Xəstəlik sümük toxumasına metastaz versə də, hormonlara həssaslığı qorunduğu üçün müalicə şansı mövcuddur.

Qiymət Mahir

tag: Bayden ,ABŞ,Prostat vəzi,Analiz,todaypress.tv,