Baltik dənizində Rusiya-Estoniya qarşıdurması

Dünya

20.05.2025 14:21

Litva prezidenti Gitanas Nauseda bildirib ki, Baltik dənizi Rusiya və Estoniya arasında döyüş meydanına çevrilib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Žinių radijas"-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva və Tallinn su məkanında bir-birinə qarşı müxtəlif addımlar atır və bu qarşıdurmaların fəlakətli nəticələrə, hətta insan itkisinə səbəb olmaq riski var.

Hazırda Latviya, Litva və Estoniya öz gəmilərini Rusiyanın ərazi sularından uzaq tutmaq üçün tədbirlər görür. Litva prezidenti, həmçinin, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bu mübarizədə effektiv vasitə adlandırıb.

Qeyd edək ki, gərginliyin əsas səbəblərindən biri də Estoniyanın Rusiyanı neft tankerini qanunsuz saxlamaqda ittiham etməsidir. 

Türkan İsgəndərli

tag: Litva,Gitanas Nauseda,Estoniya,Rusiya,todaypress.tv,