Avstraliyada “Eris” raketinin buraxılışı təxirə salındı
Dünya
05.06.2025 14:15
Avstraliyanın aerokosmik şirkəti “Gilmour Space Technologies” “Eris” adlı orbitə çıxacaq daşıyıcı raketin buraxılışını texniki səbəblərə görə qeyri-müəyyən vaxta qədər təxirə saldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, şirkət 15 may tarixində həyata keçirilməsi planlaşdırılan, lakin iki dəfə təxirə salınan buraxılışın uğursuzluğuna səbəb kimi burun hissəsinin (obtekatelyin) ayrılma sistemində baş verən nasazlığı göstərib.
“Gilmour”un bildirdiyinə görə, karbon lifindən hazırlanmış burun konusunun ayrılması zamanı sistem gözlənilməz enerji sıçrayışı səbəbindən vaxtından əvvəl işə düşüb. Bu nasazlıq, aşağıdakı cihazlardan geri qayıdan elektrik cərəyanı ilə əlaqələndirilib.
“Obtekately bir dəfəlik istifadə üçündür, onu dəyişdirmək isə ən azı bir neçə həftə vaxt aparacaq. Bu səbəbdən buraxılışı təxirə salmaqdan başqa yol qalmadı,” – deyə şirkət bəyan edib.
Şirkət, həmçinin bəzi Avstraliya KİV-lərinin raket sistemindəki problemin kakadu adlı papağanın kabeli dişləməsi ilə bağlı versiyasını da təkzib edib. Təhlükəsizlik kameralarına düşən və qurğuya yaxınlaşan kakadunun günahkar olduğu iddia olunurdu. Lakin “Gilmour Space Technologies” tərəfindən aparılan araşdırma nəticəsində quşun heç bir nasazlığa səbəb olmadığı təsdiqlənib.
Qiymət Mahir
tag: Avstraliya,Raket,Eris,Orbit,todaypress.tv,