“Avropa üçlüyü” İrana qarşı sanksiyaları bərpa etməyə hazırdır

Dünya

13.08.2025 10:05

“Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Almaniya, Fransa) xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə məktub göndərərək İrana qarşı sanksiyaların geri qaytarılmasına təşəbbüs göstərməyə hazır olduqlarını bəyan ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.  

Sənəddə bildirilib ki, İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsə, "Avropa üçlüyü" tədbirlər görə bilər. 

Həmçinin qeyd edilib ki, Berlin, Paris və London Tehrana ABŞ ilə nüvə danışıqlarını bərpa etmək və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlıq şərtilə sanksiyaların dayandırılmasının uzadılmasını təklif ediblər. Lakin İran bu təklifə cavab verməyib. 

Aysel Mətləb 

tag: Avropa üçlüyü,BMT,İran,Nüvə,Todaypress.tv,