Avropa Slovakiyaya Rusiya ilə bağlı təklif verdi

Dünya

15.07.2025 17:46

Avropa Komissiyası, Slovakiyanın Avropa İttifaqının (Aİ) 2028-ci il yanvarın 1-dək Rusiya qazından tam imtina planı ilə bağlı narahatlıqlarını azaltmaq üçün danışıqlara başlamağa söz verib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.

Slovakiya, 18-ci sanksiyalar paketinin qəbulunu bloklayaraq, Rusiyadan qaz tədarükünün dayandırılması ilə bağlı enerji təchizatı və qiymət artımı kimi risklər barədə narahatlığını ifadə edib.

Slovakiyalı ekspertlər hesab edirlər ki, "Qazprom"un qaz tədarükünü kəsməsi yanacaq çatışmazlığı, qiymətlərin yüksəlməsi və tranzit ödənişlərinə mənfi təsir göstərə bilər. 

Brüssel isə çatışmazlıq halında tədarük məhdudiyyətinə təcili fasilə vermək planını təsdiqləyib. Həmçinin, Avropa Komissiyası Slovakiya üçün sərhədarası neft və qaz tariflərinin azaldılması və "Qazprom"la potensial məhkəmə proseslərində müdaxilə yollarını hazırlamağa hazır olduğunu bildirib.

Türkan isgəndərli

tag: Aİ ,Slovakiya,Rusiya,Qaz,Todaypress.tv,