Ankarada yanğın: Biri körpə olmaqla 3 nəfər həyatını itirdi

Dünya

13.07.2025 09:45

Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda çoxmərtəbəli binada güclü yanğın baş verib.

TodayPress TV "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Alov qısa müddətdə binanı bürüyüb və bir neçə sakin mənzillərində köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində həmin şəxslər xilas edilib.

Yanğın nəticəsində biri körpə olmaqla 3 nəfərin həlak olduğu, 20 nəfərin isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilib. Hadisə yerində aparılan axtarış zamanı 3 nəfərin cansız bədəni tapılıb. Onların şəxsiyyətləri müəyyən edilib – 3,5 aylıq Aras Şahin, Hüsniyə Çelik Şahin və Muharrem Çetinkaya.

Hadisənin səbəbi hələlik açıqlanmayıb. Türkiyə Respublikası Baş Prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.

Qiymət Mahir

tag: Ankara,Türkiyə,Çankaya ,Yanğın,Todaypress.tv,