Amerikalı siyasətçi prezidentliyə namizəd olmaq istəyir

Dünya

07.07.2025 12:57

ABŞ-nin Kentukki ştatının qubernatoru, Demokratlar Partiyasının üzvü Endi Beşir 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürə biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, o, bu fikrini "CNN" kanalına müsahibəsində səsləndirib.

Beşir ölkənin birliyini və sabitliyini təmin edə biləcək liderin namizədliyinin önəm daşıdığını bildirib:

“2028-ci ildə ən vacib məsələ bu ölkəni sağalda, insanları birləşdirə biləcək namizədin ortaya çıxmasıdır. Düşünəcəm ki, bu şəxs mənəm, yoxsa başqası".

Onun sözlərinə görə, bir neçə il əvvəl prezidentliyə namizədliyini istisna etsə də, bu gün o, parçalanmış bir ölkəni nə uşaqlarına, nə də başqa birinə miras qoymaq istəmir. Demokrat siyasətçi vurğulayıb ki, yeni nəsil sabit bir ölkədə yaşamağa layiqdir.

Qiymət Mahir

tag: ABŞ,Demokratlar, Endi Beşir,Prezident,Todaypress.tv,