Alyaskada enerji böhranı yaxınlaşır: Ankoric işıqsız qala bilər
Dünya
31.08.2025 17:00
ABŞ-nin Alyaska ştatında enerji sahəsində ciddi böhran riski yaranıb.
TodayPress TV “New York Times”a istinadən xəbər verir ki, ştatın ən böyük şəhəri Ankoric yaxın illərdə elektrik enerjisiz qala bilər.
Buna səbəb Kuka körfəzində qaz ehtiyatlarının tükənməsidir.
Bir vaxtlar Alyaskada kifayət qədər qaz hasil olunurdu. Bu, həm evlərin isidilməsi və elektrik istehsalı, həm də yanacaq daşıyan tankerlərin xaricə göndərilməsi üçün yetərli idi. Hazırda isə vəziyyət kəskin pisləşib: qaz hasilatı azalır, bir çox şirkətlər bölgədən çıxıb.
Mütəxəssislərin sözlərinə görə, problem 15 ildən çoxdur ki, mövcuddur, lakin vahid həll planı indiyədək hazırlanmayıb. Yerli kommunal xidmətlər isə 2028-ci ildən etibarən qazı xaricdən almağa məcbur qalacaqlarını istisna etmir. Bu isə elektrik və istilik qiymətlərində 10–40 faiz artıma səbəb olacaq.
Qiymət Mahir
tag: ABŞ,Alaska,Kuka,İşıq,Todaypress.tv,