Almaniya Yaponiyanı 34 ildə ilk dəfə geridə qoydu
Son 34 ildə ilk dəfə olaraq dünya üzrə ən çox xarici aktivə sahib olan ölkənin reytinqində lider dəyişib.
TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Almaniya bu göstəricidə Yaponiyanı geridə qoyaraq birinci yerə yüksəlib.
Belə ki, 2024-cü ilin sonuna Yaponiyanın ümumi xarici aktivləri 533,05 trilyon yenə (təxminən 3,7 trilyon ABŞ dolları) çatıb. Ötən ilə nisbətən bu göstərici 13 faiz və ya 61,7 trilyon yen artıb. Lakin bu artım Yaponiyanın liderliyini qoruması üçün kifayət etməyib.
Hesabat dövründə Almaniyanın xalis xarici aktivləri dörddə birdən çox artaraq 3,966 trilyon dollara çatıb və bu göstərici ilə Almaniya birinci yerə yüksəlib. Üçüncü yerdə isə təxminən 3,6 trilyon dollarlıq aktivlərlə Çin qərarlaşıb.
Türkan İsgəndərli
tag: Almaniya,Yaponiya,Dünya,Reytinq,todaypress.tv,