AK üzvlərinə LGBT yürüşündən uzaq durmağı tövsiyə etdi

Dünya

26.05.2025 11:32

Avropa Komissiyası iyunun 28-də Budapeştdə keçirilməsi planlaşdırılan LGBT tərəfdarlarının yürüşündə iştirakla bağlı komissarlara ehtiyatlı davranmağı tövsiyə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Euractiv” portalı mənbələrə istinadla yazıb.

Jurnalistlər diqqətə çatdırıb ki, yürüş Macarıstan parlamenti tərəfindən qəbul edilən və prezident Tamaş Şuyok tərəfindən imzalanan, LGBT paradlarının keçirilməsini qadağan edən qanuna baxmayaraq baş tutacaq.

Məlumata görə, Avropa Komissiyasının rəhbərliyi Macarıstanın daxili işlərinə qarışmaq və rəsmi Budapeşt ilə münasibətlərdə əlavə gərginlik yaratmaq istəmir. Bu səbəbdən Viktor Orban hökumətindən neqativ reaksiya almamaq üçün komissarlara tədbirdə iştirak etməməklə bağlı tövsiyə verilib.

Qeyd olunub ki, Macarıstan tərəfi Avropa Komissiyası üzvlərinin yürüşdə iştirak niyyətləri barədə heç bir rəsmi məlumat almayıb. Lakin bir neçə komissarın tədbirdə iştirak etməyə hazırlaşdığı bildirilir.

Qiymət Mahir

tag: Avropa Komissiyası,Macarıstan,Budapeşt,LGBT ,Todaypress.tv,