Aİ Ukraynanın büdcə çatışmazlığını ödəyəcək

Dünya

08.07.2025 09:37

Avropa İttifaqı 2026-cı ildə Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirini necə ödəyə biləcəyini müzakirə edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Bu məqsədlə G7 ölkələrinin verə biləcəyi kreditlər və ya Rusiyanın dondurulan aktivlərindən istifadə edilməsi nəzərdən keçirilir.

Avropa rəsmiləri bildiriblər ki, Ukraynanın maliyyə ehtiyacları davam edən müharibə səbəbindən çoxdur və bu vəziyyət bir çox ölkəni yenidən düşünməyə vadar edir.

Avropa Komissiyası artıq 2025-ci il üçün Ukraynaya ayrılan maliyyə dəstəyində bəzi dəyişikliklər edib. Xüsusilə Ukraynanın hərbi ehtiyacları üçün birbaşa qrant ayrılması müzakirə olunur.

Ukrayna bildirib ki, yalnız hərbi xərclərini özü qarşılayır, digər sahələr isə xarici yardımlarla maliyyələşir. Əksər dəstək isə qrant deyil, kredit şəklində verilir.

Türkan İsgəndərli

tag: Aİ,Ukrayna,Büdcə,Rusiya,Todaypress.tv,