Aİ liderləri Gürcüstanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yaydılar

Dünya

05.10.2025 22:25

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar.

TodayPress TV Gürcüstan KİV-ə istinadən xəbər verir ki, sənəddə Gürcüstanda keçirilən yerli seçkilərin müxalifətin sıxışdırılması fonunda baş tutduğu vurğulanıb.

Bəyanatda qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin seçkiləri boykot etməsi nəticəsində proses rəqabətli şəraitdə keçməyib və seçici fəallığı aşağı səviyyədə olub.

“Biz seçkilərdən sonra bütün tərəfləri sakitliyə və təmkinliyə çağırırıq. Hakimiyyət vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməlidir. Bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir. Biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunub.

Jalə Rövşən

TodayPress TV

tag: Avropa İttifaqı,Gürcüstan,Birgə Bəyanat,Kaya Kallas, Marta Kos,Todaypress.tv,