Aİ idxalçılardan qazın mənşəyini sübut etməyi tələb edəcək
Dünya
02.09.2025 07:00
Avropa İttifaqında (Aİ) sədrlik edən Danimarka Rusiyanın Aİ-yə enerji tədarükündə iştirakını istisna etmək üçün qaz idxalçılarına onların mənşə ölkəsini təsdiqləməsi tələbinin tətbiq edilməsini təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Rusiya və ya Belarusla sərhədlərdən və ya keçid məntəqələrindən, habelə “Türk axını” qaz kəməri ilə Avropa İttifaqına daxil olan təbii qazın, əksini təsdiq edən aydın sübutlar təqdim edilmədiyi təqdirdə, birbaşa və ya dolayı yolla Rusiya Federasiyasından ixrac ediləcəyi ehtimal edilir", - deyə bildirilib.
Qeyd olunub ki, təşəbbüs vasitəsilə Aİ 2027-ci ilin sonuna qədər Rusiya Federasiyasından boru kəməri qazı və maye qaz alınmasına tam qadağanın mümkün tətbiqindən sonra Rusiya mənşəli qazın daxili bazara daxil olmasını istisna etmək niyyətindədir.
tag: Aİ,Qaz,İdxal,Mənşə,Todaypress.tv,