Aİ Çinə qarşı sanksiyalar hazırlayır

Dünya

05.08.2025 10:37

Avropa İttifaqı (Aİ) Çinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Səbəb kimi Pekinin Rusiyaya pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri verdiyi və Ukraynadakı xüsusi hərbi əməliyyata dolayı dəstək göstərdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” jurnalı Avropa diplomatik mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, avqustdan sonra Çinə qarşı konkret məhdudiyyətlərin tətbiqinə çalışılacaq:

“Biz həm dialoq, həm də əməli addımlar istəyirik”, - deyə Avropa diplomatlarından biri qeyd edib.

Eyni mövzuda ABŞ-də də təşəbbüslər var. Belə ki, avqustun 4-də senatorlar 2026-cı il üçün Müdafiə Büdcəsi Qanununa düzəliş təklif ediblər. Sənəddə Çin Xalq Respublikasına qarşı sanksiyalar nəzərdə tutulur. Ağ Evə 180 gün ərzində Pekinin Rusiyaya yardım edib-etmədiyini araşdırmaq və təsdiqləndiyi halda tədbir görmək tapşırılır.

Çin tərəfi isə bu iddiaları rədd edir. ABŞ-dəki Çin səfirliyinin mətbuat katibi Lyü Penyuy bildirib ki, Rusiya ilə Çin arasındakı əməkdaşlıq ABŞ tərəfindən ittiham mövzusu ola bilməz. Onun sözlərinə görə, Pekin heç bir tərəfə ölümcül silahlar vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.

Qiymət Mahir

tag: Çin ,Pekin,ABŞ,Ağ Ev,Aİ ,Todaypress.tv,