Ağ Ev Trampın qanun layihəsini Senatdan keçirmək üçün təzyiq edir

Dünya

11.06.2025 09:55

ABŞ-də qarşıdan gələn ara seçkilər fonunda Ağ Ev Senatdakı Respublikaçılara prezident Donald Trampın dəstəklədiyi "böyük qanun layihəsi" üzrə ictimai dəstəyi göstərən statistik rəqəmləri təqdim edib. Ağ Ev bildirib ki, bu təkliflərin çoxu ictimaiyyət tərəfindən 80-20 nisbətində dəstəklənir və bu, qanun layihəsinin qəbulunun zəruriliyini sübut edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Təqdim edilən sorğular yalnız qanun layihəsinin qəbulunun səbəblərini göstərmir, həm də onun ictimaiyyətə necə satıla biləcəyinə dair yol xəritəsi təqdim edir. Amma sorğu nəticələri göstərir ki, bəzi təkliflər digərindən qat-qat populyardır. Bu isə qanun layihəsinin ictimai və siyasi mübarizəsinin onun necə təqdim ediləcəyindən asılı olduğunu göstərir.

Ağ Ev tərəfindən təqdim olunan sorğu əsasən Respublikaçıların diqqət yetirdiyi məsələlərə – vergilər və miqrasiya siyasətinə yönəlib. Demokratlar isə qanun layihəsinin digər hissələrinə, xüsusilə azgəlirli vətəndaşlar üçün tibbi yardım proqramı (Medicaid) üzrə ciddi ixtisarlara fokuslanırlar.

Ağ Evin aparat rəhbərinin müavini Ceyms Bler sorğu nəticələrini təqdim edib.

Ən populyar təkliflər (ictimai dəstək 80%-dən yuxarı):

Hava nəqliyyatı idarəçiliyinin modernləşdirilməsi: 82% lehinə, 10% əleyhinə

Ailə gəliri olanlara 15% vergi endirimi: 82% - 10%

Uşaq vergi kreditinin 2,500 dollara qədər artırılması: 81% - 12%

Bahşişlər üzərindən verginin ləğvi: 77% - 18%

Əlavə iş saatları üçün vergi azaldılması: 74% - 18%

Daha az dəstəklənən, lakin yenə də 50%-dən yuxarı dəstəyi olan təkliflər:

Tramp dövründə tətbiq olunan vergi endirimlərinin daimi edilməsinin dəstəklənməsi: 53% - 34% əleyhinə

Daha çox miqrasiya və sərhəd patrul zabitlərinin işə götürülməsi: 55% - 40%

Gender-uyğunlaşdırıcı tibbi xidmətlərə federal vəsaitin dayandırılması: 54% - 39%

Sənədsiz miqrantlar üçün Medicaid xidmətlərinin dayandırılması: 52% - 39%

Töhfə Səməd

tag: ABŞ,Ağ Ev,Senat,Donald Tramp,todaypress.tv,