ABŞ WADA-ya qarşı çıxdı: Ödəniş etməyəcəyik!
Dünya
19.06.2025 18:20
Tennessi senatoru Marşa Blakkbern ABŞ prezidenti Donald Trampın administrasiyası ilə Dünya Antidopinq Agentliyinə (WADA) ödənişlərin dayandırılmasına imkan verəcək qanun layihəsini müzakirə etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat verir.
Senatın İstehlakçı Hüquqlarının Müdafiəsi, Texnologiyalar və Məlumatların Məxfiliyi üzrə altkomitəsinin iclasında Çin üzgüçüləri ilə bağlı məsələ və ABŞ-nin WADA-ya ödənişləri təxirə salmaq təşəbbüsünün dəstəyi əsas mövzu olub. İclasda Blakkbern və ABŞ Antidopinq Agentliyinin (USADA) rəhbəri Trevis Tayqart çıxış ediblər. Telekanal açıqlayıb ki, qanun layihəsi WADA müəyyən islahatlara razılıq verməzsə, Ağ Evə WADA-ya maliyyələşdirməni dayandırmaq hüququ verir.
Blakkbern yayda Tramp administrasiyası ilə bu qanun layihəsinin qəbulunu müzakirə etməyi planlaşdırdığını bildirib. “Düşünürəm ki, indi vəziyyəti ciddi şəkildə qiymətləndirməyin vaxtıdır”, - o deyib.
Telekanal Trampın bu qanunun qəbuluna qarşı olmayacağını güman edib. Həmçinin Blakkbern "ESPN"ə bildirib ki, Ağ Ev ABŞ-nin Avropa ölkələri ilə birlikdə alternativ WADA təşkilatı yaratmaq səylərində lider olmağa layiqdir.
Qeyd edək ki, 2025-ci ilin yanvarında ABŞ Milli Narkotik İdarəsi (ONDCP) WADA-ya üzvlük haqqının ödənilməsini dayandırıb. Ödəniş 3,6 milyon dollar təşkil edir və bu addım Çin üzgüçülərinin dopinq testləri ilə bağlı vəziyyətlə əlaqəlidir. WADA bildirib ki, ABŞ-nin üzvlük haqqını ödəməməsi ölkənin təşkilatın İcraiyyə Komitəsi və Təsisçi Şurasından avtomatik çıxarılmasına səbəb olacaq. USADA isə üzvlük haqqının ödənməməsinin idmançıların beynəlxalq yarışlarda iştirakına təsir etməyəcəyini bildirib.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,WADA,USADA,todaypress.tv,