ABŞ və Avropa yeni sanksiyalara hazırlaşır
Dünya
29.05.2025 10:40
Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Ukrayna ilə bağlı sülh prosesində irəliləyişə razı olmazsa, ABŞ və Avropa İttifaqı Moskvaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
TodayPress TV “Sueddeutsche Zeitung” qəzetinə istinadən xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Yohann Vadeful ABŞ-də keçirdiyi görüşdən sonra məlumat verib.
Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirib və tərəflər Rusiyaya qarşı sanksiya təzyiqinin növbəti mərhələlərini müzakirə ediblər.
“Buna görə də bu gün razılaşdıq ki, Putini danışıqlar masasına gətirmək üçün növbəti addımlarımızı sıx koordinasiya edəcəyik”, — deyə alman nazir bildirib.
Onun sözlərinə görə, dövlət katibi Rubio bu görüş zamanı açıq şəkildə bildirib ki, əgər Putin müqavimət göstərməyə davam edərsə, “tədbirlər görüləcək” və Kreml “buna hazır olmalıdır”.
Qiymət Mahir
tag: ABŞ ,Avropa,Putin,Sanksiya,Todaypress.tv,