ABŞ TikTok üçün investorlardan bir neçə milyard qazanc əldə edə bilər

Dünya

20.09.2025 13:00

“ABŞ Çin ilə "TikTok" müqaviləsindən bir neçə milyard dollarlıq ödəniş istəyir”.

TodayPress TV xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Jurnal mənbələrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Çinlə "TikTok" müqaviləsində investorlardan bir neçə milyard dollar istəyir.

"Tramp administrasiyasının "TikTok"un ABŞ əməliyyatlarına nəzarəti ələ keçirmək üçün sövdələşmədə investorlardan bir neçə milyard dollarlıq ödəniş alacağı gözlənilir”, - deyə bildirilib.

Jurnalistlərin fikrincə, Ağ Ev sövdələşməni təsdiqləmək və danışıqlar aparmaq üçün qonorar alacaq. 

Yerli investorlardan ibarət konsorsium "TikTok"un ABŞ-dəki törəmə şirkətinin 80%-nə, Çinin payı isə 20%-nə sahib olacaq.

Qeyd edək ki, sentyabrın 19-da ABŞ prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə telefon danışığı aparıb və "TikTok" razılaşması söhbətin əsas mövzularından biri olub.

Orxan Saffari

TodayPress TV

tag: ABŞ,Tiktok,İnvestisiya,Qazanc,Todaypress.tv,