ABŞ Rusiyanın “təhlükə” kimi göstərilməsinə qarşı çıxa bilər

Dünya

05.06.2025 14:25

ABŞ iyunun 24–25-də Haaqada keçiriləcək NATO sammitinin yekun sənədində Rusiyanın “təhlükə” kimi təqdim olunmasına qarşı çıxa bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Euractiv” portalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, NATO ölkələri arasında hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılması barədə ümumi razılaşma olsa da, bu addımın yekun bəyannamədə necə əsaslandırılacağı mövzusunda fikir ayrılıqları qalır. Avropa ölkələri əlavə müdafiə xərclərinin “Rusiya təhdidi” ilə izah olunmasında israrlıdır. Lakin üç NATO diplomatının fikrincə, ABŞ bu formulaya qarşı çıxa bilər, çünki Vaşinqton hazırda Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq niyyətindədir və sərt ritorikanın danışıqlar perspektivinə zərər vurmasından çəkinir.

Mənbələr həmçinin qeyd edirləb ki, sammitin yekun bəyannaməsi cəmi bir səhifəlik olacaq. İki Avropa diplomatının fikrincə, bu qısa format, müzakirələrin uzanmasının qarşısını almaq və ABŞ prezidenti Donald Trampın NATO-nun əsas hərbi məsələlərə fokuslanması ilə bağlı tələblərinə uyğunlaşmaq məqsədi daşıyır.

Qiymət Mahir

tag: ABŞ,NATO,Rusiya,Ukrayna,todaypress.tv,