ABŞ "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq etdi
Dünya
23.10.2025 06:28
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsini elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Yeni qərara əsasən, “Rosneft” və “Lukoyl” neft şirkətləri, həmçinin onların bir sıra törəmə müəssisələri məhdudiyyət siyahısına salınıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, Rusiyanın Ukraynadakı müharibənin sülh yolu ilə başa çatdırılmasına sadiqlik göstərməməsi əlavə sanksiyaların əsas səbəbi olub.
Siyahıya “Lukoyl”un altı törəmə şirkəti, o cümlədən “Lukoyl-Zapadnaya Sibir” və “Lukoyl-Kaliningradmorneft”, eləcə də “Rosneft”in 30-dan çox törəmə müəssisəsi, xüsusilə “Sibneftegaz”, “Rospaninterneşnl” və “RN-Purneftegaz” daxil edilib.
Aynur TAC
tag: ABŞ, Maliyyə, NAzirlik, Rusiya, Sanksiya, todaypress.tv,
