ABŞ Qrenlandiyaya hücumun NATO və Aİ üçün nəticələrini açıqladı
Dünya
06.01.2026 11:45
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya müdaxilə etmək niyyəti NATO və Avropa İttifaqı üçün ciddi risklər yaradır.
TodayPress TV xəbər verir ki, "Bloomberg"in məlumatına görə, ABŞ-nin bu addımı alyans üzvləri arasında etimadsızlıq yarada və hərbi xərcləri artıraraq Qərb alyansını qeyri-sabitləşdirə bilər.
Qrenlandiya NATO-nun kollektiv müdafiəsi altındadır və ona hücum alyansın bütün üzvlərinə hücum deməkdir.
Trampın açıqlamalarına cavab olaraq, Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, NATO ölkələri arasında hücum alyansın sonu olar. Qrenlandiya Baş naziri Trampın sözlərini "hörmətsizlik" adlandırıb və ABŞ-ni danışıqları dayandırmağa çağırıb.
Avropa Komissiyası da Danimarkanın suverenliyini dəstəkləyib.
ABŞ Dövlət katibinin müavini isə ABŞ-nin Danimarkanın Qrenlandiya üzərindəki nəzarətini şübhə altına aldığını bildirib, ABŞ-nin 4 iyuldan əvvəl adaya nəzarəti ələ keçirməyə çalışa biləcəyi xəbər verilir.
Jalə Rövşən
tag: Donald Tramp,Qrenlandiya,NATO ,Avropa İttifaqı ,Todaypress.tv,
