ABŞ polad və yarımkeçirici idxalına yeni rüsumlar tətbiq edəcək
Dünya
15.08.2025 18:04
ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində ölkəyə idxal olunan polad və yarımkeçiricilərə (mikroçiplərə) rüsumlar tətbiq ediləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "TASS" yayıb.
Tramp bildirib ki, əvvəlcə aşağı faizli rüsumlar tətbiq ediləcək, lakin müəyyən müddətdən sonra dərəcələr yüksəldiləcək.
Xatırladaq ki, iyulun 31-də Tramp 60-dan çox ölkədən idxal edilən məhsullara 15%-dən 41%-ə qədər tariflər nəzərdə tutan sərəncam imzalayıb. Bu tariflər avqustun 7-də qüvvəyə minib.
Məlumata görə, ABŞ-nin ticarət tərəfdaşları üç qrupa bölünüb. Belə ki, ABŞ-nin ticarət artıqlığı olan ölkələr üçün 10%-lik baza tarifi saxlanılıb, 40-a yaxın ölkə üçün 15%-lik tarif tətbiq olunur və ABŞ ilə heç bir razılaşması olmayan və əhəmiyyətli ticarət kəsiri olan ölkələr üçün isə daha yüksək tariflər nəzərdə tutulur.
Yeni rüsumların ABŞ-nin daxili sənayesini qorumaq və ticarət balansını yaxşılaşdırmaq məqsədi daşıdığı bildirilir.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Ölkə,Rüsum,Todaypress.tv,