ABŞ-nin İran hücumuna etiraz: Nyu-Yorkda yüzlərlə insan küçələrə çıxdı
Dünya
23.06.2025 09:10
ABŞ-nini İrana endirdiyi hava zərbələrindən sonra Nyu-Yorkda və digər şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları keçirilib.
TodayPress TV xəbər verir ki, “NBS News”un məlumatına görə, yüzlərlə nümayişçi Nyu-Yorkun mərkəzində yerləşən Tayms Skverdə toplaşaraq ABŞ prezidenti Donald Trampın qərarına qarşı çıxıblar.
Aksiya iştirakçıları həmçinin ölkənin müxtəlif ştatlarında da küçələrə çıxaraq etirazlarını ifadə ediblər.
Telekanalın yayımladığı kadrlarda nümayişçilərin “Stop the war on Iran” (“İranda müharibəni dayandırın”) və “Trump is a war criminal” (“Tramp — hərbi cinayətkardır”) şüarları yazılmış plakatlar daşıdığı görünür.
Etirazçılar ABŞ administrasiyasının İranın nüvə obyektlərinə hücumunun regionda yeni müharibəyə səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.
Qiymət Mahir
tag: ABŞ,İran,Zərbə,Tramp,Todaypress.tv,