ABŞ Kosmik Qüvvələri yeni hərbi peykləri orbitə göndərir

Dünya

08.07.2025 19:00

ABŞ Kosmik Qüvvələri (USSF) iyulun sonunda “USSF-106” missiyası çərçivəsində bir qrup eksperimental hərbi peyki orbitə çıxarmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Next Spaceflight” adlı ixtisaslaşmış Amerika portalı məlumat yayıb.

Bildirilib ki, geosinxron orbitə müxtəlif növ faydalı yüklər göndəriləcək və missiyanın əsas elementi kimi "NTS-3" (Navigation Technology Satellite 3) adlı naviqasiya peyki çıxış edəcək.

Bu peykin üzərində inkişaf etmiş rəqəmsal siqnal generatoru, müdaxiləyə qarşı qoruma sistemləri və kibertəhlükəsizlik avadanlıqları sınaqdan keçiriləcək. Məqsəd ABŞ hərbi naviqasiya texnologiyalarının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.

Peyklərin buraxılması üçün "United Launch Alliance" (ULA) tərəfindən hazırlanmış “Vulcan” adlı ağır daşıyıcı raketdən istifadə ediləcək. Start Florida ştatındakı ABŞ Kosmik Qüvvələri bazasının yerləşdiyi Keyp Kanaveraldan həyata keçiriləcək.

Qiymət Mahir

tag: ABŞ ,USSF-106,NTS-3,Kosmik ,Todaypress.tv,