ABŞ Finlandiyadan buzqıran gəmilər alacaq

Dünya

16.10.2025 14:35

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Finlandiya və digər ölkələrdən buzqıran gəmilər almasına üstünlük verir.

TodayPress TV Finlandiya KİV-ə istinadən xəbər verir ki, məqsəd, ABŞ-nin Rusiya ilə bu sahədə rəqabətini gücləndirmək və Finlandiya ilə müttəfiqliyi nümayiş etdirməkdir.

Oktyabrın 9-da Tramp Finlandiya prezidenti Alexander Stubb ilə görüşdə Vaşinqtonun Helsinkidən buzqıran gəmilər alacağını açıqlayıb. Məlumata görə, gəmilər ABŞ Sahil Mühafizəsi tərəfindən istifadə olunacaq.

Sövdələşmənin ümumi dəyəri təxminən 6,1 milyard dollar təşkil edir. Ümumilikdə 11 buzqıran gəmi alınacaq, onlardan dördü Finlandiya gəmiqayırma zavodlarında tikiləcək. Bundan əvvəl üç ölkənin gəmiqayırma zavodları ABŞ üçün buzqıran gəmilər tikmək üçün birləşmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Finlandiya ,Buzqıran gəmilər ,ABŞ,Sövdələşmə,Todaypress.tv,