ABŞ: Avropanın Ukrayna üzərində ərazi iddiaları var

Dünya

25.05.2025 21:30

ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqorun son açıqlamaları Avropada yeni geosiyasi risklərə diqqət çəkib.

TodayPress TV xəbər verir ki,  "YouTube" kanalına verdiyi müsahibədə Makqreqor bildirib ki, bir sıra Avropa ölkələri, Polşa, Rumıniya, Macarıstan, Litva, Moldova və Bolqarıstan Qərbi Ukrayna və ətraf bölgələrə ərazi iddiaları ilə çıxış etməyə hazırdır.

Onun sözlərinə görə, bu ölkələrdən bəziləri tarixi və etnik arqumentlərə əsaslanaraq, Ukraynanın parçalanacağı təqdirdə keçmiş torpaqlarını geri almaq istəyirlər. O, xüsusilə Rumıniyanın Bessarabiyanı, Bolqarıstanın isə Odessanın cənub hissəsini tələb etdiyini vurğulayıb.

Makqreqor əlavə edib ki, ABŞ rəsmiləri bu cür geosiyasi reallıqlardan kifayət qədər xəbərdar deyillər və bu səbəbdən Vaşinqtonun Ukrayna siyasəti ciddi suallar doğurur. O, ABŞ-nin bu münaqişədən tezliklə çəkilməsinin zəruriliyini qeyd edib.

Türkan İsgəndərli

tag: Avropa,Ukrayna,ABŞ,Ordu,todaypress.tv,