27 ildən sonra buzlaqların əriməsi nəticəsində cəsəd tapıldı
Dünya
06.08.2025 14:43
Pakistanın şərqində yerləşən dağlıq Kohistan bölgəsində 28 il əvvəl itkin düşən bir şəxsə aid cəsəd əriyən buzlaqda aşkar edilib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, “Leydi Vadisi” kimi tanınan bölgədə yerli çoban tərəfindən tapılan cəsədin 1997-ci ildə itkin düşmüş Naseeruddin adlı şəxsə aid olduğu müəyyən edilib.
Cəsəd geyimləri ilə birlikdə demək olar ki, heç bir çürümə əlaməti olmadan buzlaqların altından çıxarılıb.
Naseeruddin bir zamanlar qardaşı Kathiruddin ilə at belində yola çıxıb və ailədaxili mübahisə səbəbilə evlərini tərk edib.
Onlar vadidə son dəfə birlikdə görüldükdən sonra Naseeruddin bir mağaraya daxil olub və bir daha geri qayıtmayıb. Qardaşı uzun müddət axtarış aparsa da, heç bir iz tapa bilməyib.
Tapılan cəsədin yaxınlığında şəxsiyyət vəsiqəsi aşkarlanıb və bu, polisə onun kimliyini müəyyənləşdirməyə imkan verib. Naseeruddinin evli və iki uşaq atası olduğu bildirilib.
İllər sonra bölgədəki qar örtüyünün azalması və buzlaqların sürətlə əriməsi sayəsində cəsəd gün işığına çıxıb. Mütəxəssislər bu tapıntının iqlim dəyişikliyinin buzlaqlara təsirini bir daha nümayiş etdirdiyini bildirir. İslamabaddakı Comsats Universitetinin professoru Məhəmməd Bilalın sözlərinə görə, belə hallarda cəsəd buzlağa düşən anda donduğu üçün çürümə baş vermir, oksigen və nəmin olmaması isə təbii mumiyalaşma effektinə səbəb olur.
Qiymət Mahir
tag: Leydi Vadisi,Naseeruddin ,Cəsəd ,Buz,Todaypress.tv,