Yol polisi sürücülərə xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
Sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir:
“Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:
- Sürət həddini aşmayın;
- Yol və hava şəraitinə uyğun hərəkət edin;
- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.
Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir”.