Yasamalda 5 ünvanda minib-düşmə yeri yaradıldı
Cəmiyyət
17.10.2025 17:37
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Növbəti belə yerlər Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, "Kontakt Home" və "İrşad Telecom"un qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində "Amber Hotel"in qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Bu barədə TodayPress TV-yə AYNA-dan bildirilib.
Qeyd edilib ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
tag: AYNA,Yasamal,Minib-düşmə,Yaranma,Todaypress.tv,
