Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi

Cəmiyyət

12.09.2025 15:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Beyləqan rayonunda vətəndaşları qəbul edib. Qəbulda Beyləqan ilə yanaşı, İmişli rayon sakinləri də iştirak ediblər. 

TodayPress TV xəbər verir ki, ümumilikdə 20-yə yaxın vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və Agentliyin fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

İmtiyazlı şəxs kateqoriyasından olan qəbul iştirakçılarının müraciətləri ilə bağlı suallar cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib. 

Mütəmadi olaraq baş tutan və respublikanın müxtəlif şəhər və rayonlarında həyata keçirilən qəbullarda iştirak etmək istəyən vətəndaşlar Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 (daxili 5611) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, regional filiala yaxınlaşaraq, həmçinin Agentliyin sosial şəbəkə hesablarına yazaraq müraciət edə bilərlər.

TodayPress TV

tag: SXA,Vüqar Behbudov,Vətəndaş,Qəbul,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo