Uşaqlar internetdə nə qədər vaxt keçirir? – AÇIQLANDI

Cəmiyyət

04.06.2025 11:58

“Azərbaycanda uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə kənd və şəhərlərdə sorğu keçirilib, araşdırma aparılıb və buna əsasən məlumat bazası yaradılıb”. 

TodayPress TV xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru, BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, uşaq arasında hər gün internetdə 5 saatdan çox vaxt keçirənlər üstünlük təşkil edir - 710 nəfər. 1 saatdan az vaxt keçirənlər isə cəmi 183 nəfərdir.  

“Valideynlərinin və ya qəyyummunun internetdən istifadə ilə bağlı qaydaları varmı?” sorğusuna isə cavablar mütəmadi olaraq belədir: 

“Xeyr” - 67%

“Bəli, valideynlərim mənim internetə girişimi məhdudlaşdırır” - 20%

“Bəli, valideynlərim mənə internetdən istifadə ilə bağlı vaxt məhdudiyyəti qoyur” - 10%

“Valideynim və ya qəyyummum “Valideyn nəzarəti proqramlarından” istifadə edir” - 3%.

Töhfə Səməd

tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,