Siyəzən şəhərində yol nişanlanma işləri həyata keçirildi

Cəmiyyət

07.08.2025 12:25

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Siyəzən şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Şəhərdaxili küçə və prospektlərdə,  ümumilikdə 23,5 km məsafədə üfüqi nişanlama xətlərinin yenilənməsi həyata keçirilib. 

Bununla yanaşı, sözügedən ərazilərdə 15 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.

tag: AYNA,Yol,Nişanlama,Proses,Todaypress.tv,

photo
photo
photo
photo