SİMDNX-də yeni təyinatlar oldu
Cəmiyyət
07.07.2025 16:22
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni rəis və rəis müavini təyin olunub.
TodayPress TV bu barədə Xidmətə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qurumun rəisi Rafiq Aslanov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini təyin edilib.
tag: SİMDNX,Təyinat,Vəzifə,Qurum,Todaypress.tv,



