Sabiq deputat vəfat etdi

Sabiq deputat vəfat etdi
24.07.2025 09:53 Cəmiyyət

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.

2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.

Mərhum bu gün Yasamal qəbirstanlığında torpağa tapşırılacaq.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər